5,2 maqnitudalı zəlzələ bu ölkəni silkələdi

26.01.2025

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Tayvanda 5,2 maqnitudalı zəlzələ baş verib. SİA xəbər verir ki, bu barədə Avropa – Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Bildirilib ki, yeraltı təkanların episentri təxminən 771 min əhalisi olan Taynan şəhərindən 42 kilometr şimal-şərqdə yerləşib. Zəlzələ ocağı 2 kilometr dərinlikdə olub. Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью