Icma.az, Olay.az portalına istinadən məlumat verir.
“Milyon dollarlıq körpə” filminin ulduzu, 52 yaşlı aktrisa Hilari Suonk ailəsinə yeni üzvün qatılacağını qeyri-adi üsulla açıqlayıb.
OLAY yazır ki, o, şəxsi bloqunda qara geyimdə rəqs etdiyi və böyümüş qarnının üzərində kiçik, işıq saçan fiqurun göründüyü video paylaşıb.
Hilari ilə birlikdə onun 53 yaşlı həyat yoldaşı Filip Şnayder və üç yaşlı əkiz övladları da enerjili musiqinin sədaları altında rəqs ediblər.
“Çoxları məndən hazırda hansı layihə üzərində işlədiyimi soruşurdu. Mənim yeni layihəm dekabr ayında təqdim olunacaq” deyə ulduz bildirib.