Baku.ws saytına istinadən Icma.az xəbər verir.
"Çukur" və "Diriliş Ertuğrul" kimi seriallarda çəkilən aktyor Mustafa Başalan vəfat edib.
BAKU.WS xəbər verir ki, o 52 yaşında infarktdan dünyasını dəyişib.
Bu barədə "Aktyorlar İttifaqı" sosial şəbəkədə bildirib.
"Dəyərli həmkarımız Mustafa Başalanı itirdik, çox üzüldük. Ailəsinə və bütün sevənlərinə başsağlığı veririk" - deyə, paylaşımda qeyd edilib.
Qeyd edək ki, Mustafa Başalan "Siyah Kalp", "Şahipsizler", "Arka Sokaklar", "Bir Gece Masalı", "Deha", "Kızılcık Şerbeti", "Təşkilat", "Gönül Dağı", "Yasak Elma", "Börü" kimi seriallarda da rol alıb.