52 yaşlı kişini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanıldı

14.04.2025

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

Abşeronda 52 yaşlı kişini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Bakıvaxtı.az Report-a istinadla xəbər verir ki, polis əməkdaşları tərəfindən 1978-ci il təvəllüdlü Məmmədov Kənan Rəsul oğlu saxlanılaraq istintaqa təhvil verilib.

Qeyd edək ki ötən gün axşam saatlarında Mehdiabad qəsəbə sakini 1973-cü il təvəllüdlü İftixar Həşimov tanımadığı şəxs tərəfindən qətlə yetirilib.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью