525 ci qəzet 13 saat dayanmadan pinq ponq oynadılar, rekord vurdular

18.01.2025

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İsveçdə 2 nəfər stolüstü tennisdə ən uzun partiyanı gerçəkləşdirib və Ginnesin rekordlar kitabına düşüb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Emil Olsson və Frederik Nilssonun mübarizəsi 13 saat, 37 dəqiqə və 6 saniyə davam edib.

Əslində, buna mübarizə demək doğru olmaz. Oyun əvvəlcədən planlaşdırılıb və cütlük qalib gəlməyə deyil, şarı oyunda saxlamağa çalışıb. 

Bir neçə ay bunun üzərində məşq edən Olsson və Nilsson hətta oyun vaxtı başqa işlərlə, məsələn, yemək yemək və su içməklə də məşğul olub.

Qeyd edək ki, "mübarizə"ni tennisçilərin yaxınları və jüri izləyib. Yuxarıda göstərilən vaxta kimi tab gətirən cütlük yeni rekorda imza atıb.

L.Tağıyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью