Icma.az, 525.az portalına istinadən məlumat verir. “Müvafiq dövlət qurumlarının hazırladığı statistik hesabatlardan görürük ki, adətən , reg
Nəticədə bir neçə ildən sonra peşəsi olmayan böyük ordu yaranır.
Bu isə dövlətin üzərinə böyük məsuliyyət qoyur, onda həmin şəxslərin məşğulluğunun təmini ilə bağlı öhdəlik yaradır”.
525.az xəbər verir ki, bu fikirləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Kənan Mirzəyev deyib.
Onun sözlərinə görə, ölkədə müasir təminatlı, beynəlxalq standartlara cavab verən 8 peşə təhsili müəssisəsi tikilməlidir.
Artıq onlardan bəziləri tikilib istifadəyə verilib. 2026-cı ilə qədər bəziləri də tikilib istifadəyə veriləcək:”Sevindirici hal odur ki, 8 m
Bu da Elm və Təhsil Nazirliyinin region gənclərinin peşə təhsilinə cəlbi ilə bağlı apardığı strategiyaya uyğundur”.
Agentliyin direktor müavininin sözlərinə görə, Salyan, Qax, Quba, Tovuz rayonlarında da peşə təhsili müəssisələri tikilib istifadəyə veriləcək: “Bilirik ki, peşə təhsilinin keyfiyyətli tədrisi üçün infrastruktur, maddi-texniki baza əsas məsələdir.