525.az saytına istinadən Icma.az xəbər verir.
Hindistanın Mirut şəhərində qəribə oğurluq hadisəsi baş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, naməlum şəxslər 65 yaşlı Mohd Kayumun bəslədiyi 400-dən çox göyərçini oğurlayıblar.
Özü də göyərçinlər adi deyilmiş. Uzun müddətdir əhliləşdirilən "sülh quşları" idmançı-göyərçindir. Onlar dəfələrlə müxtəlif müsabiqələrdə iştirak ediblər. Aralarında mükata layiq yerlər tutanlar da var.
Yeri gəlmişkən, göyərçinlərin bəziləri nadir cinsdəndir. Onların ümumi qiyməti isə 11 min dollardan çoxdur.
Qeyd edək ki, dərhal polisə müraciət edən Moht Kayum göyərçinlərin tapılacağına inandığını deyib.
L.Tağıyeva