525 ci qəzet 65 yaşlı qadın 7 günə 7 qitədə marafonda iştirak etdi

20.02.2025

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ sakini Lori Kopland 7 günə 7 marafonda iştirak edib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, 65 yaşlı təqaüdçü 7 qitədə keçirilən marafonların hamısında finiş nöqtəsinə çatmaqla ümumilikdə 295 km-ə yaxın məsafə qət etmiş olub.

O, bu nailiyyəti "World Marathon Challenge" tədbiri zamanı gerçəkləşdirib. Belə ki, 62 marafonçu şəxsi təyyarə ilə hər gün 1 qitədə təşkil olunan marafonda iştirak edib. Qaçışlar Ultim bazası (Antarktida), Keyptaun (CAR), Pert (Avstraliya), Dubay (BƏƏ), Madrid (İspaniya), Fortaleze (Braziliya) və Mayamidə (ABŞ) təşkil olunub.

Qeyd edək ki, Censen-Biç şəhərinin sakini olan Kopland həyatı boyu bir çox başqa maraqlı nailiyyətlər imza atıb. Bunlardan biri ötən il gerçəkləşib. O, 4 gün ərzində 4 ştatda - Arizona, Kolorado, Nyu-Meksika və Yutada marafon qaçışında finişə problemsiz çatıb.

L.Tağıyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью