525.az saytına istinadən Icma.az xəbər verir. Fevralın 22-də Azərbaycanın Ankaradakı səfirliyində dahi Azərbaycan şairi Nizami Gəncəvinin da
525.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə Azərbaycan mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Azərbaycanın Türkiyədəki səfiri R
Tədbiri giriş sözü ilə açan səfir R.Məmmədov Nizami irsini “bütün bəşəriyyətin, o cümlədən Türk dünyasının sərvəti” adlandırıb.
“Sevindirici haldır ki, Azərbaycanın dahi oğlunun əsərləri türk dilinə də tərcümə olunur ki, bu da müasir Türkiyənin 85 milyonluq əhalisi arasında dahi Nizami haqqında ən dolğun məlumatın formalaşmasına kömək edir”, - deyə diplomat qeyd edib.
Diplomatik nümayəndəliyin rəhbəri Nizami Gəncəvi irsi mövzusunda nəşrlərin sayının artacağına ümid etdiyini bildirib.
Azərbaycan mədəniyyət nazirinin müavini Fərid Cəfərov çıxışında dahi Nizaminin kitabının tərcüməsinin təqdimatında iştirakı qürur mənbəyi adlandırıb.
“Nizaminin misraları bu gün də dünyada milyonlarla insan üçün bələdçidir”, - deyən nazir müavini Azərbaycan dövlətinin dahi şair və mütəfəkkirin irsinin təbliğinə daim xüsusi diqqət yetirdiyini, yubiley tədbirləri təşkil etdiyini vurğulayıb.
O bildirib ki, ölkəmizdə dövlət strukturlarının təşəbbüsü ilə vaxtaşırı olaraq Nizamiyə həsr olunmuş görüşlər və tədbirlər keçirilir.