525 ci qəzet Azərbaycan Ordusunun hərbi qulluqçusu Cənubi Koreyada təhsilini fərqlənmə ilə bitirib

27.02.2025

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

Fevralın 27-də Seul şəhərində Cənubi Koreya Respublikasının Quru Qoşunları Akademiyasında təhsil alan kursantların buraxılış mərasimi keçirilib.

525.az-a bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Azərbaycan Ordusunun hərbi qulluqçusu leytenant Əliyev Ədib Nazim oğlu təhsildə fərqləndiyi və xarici kursantlar arasında 1-ci yerə layiq görüldüyü üçün medalla təltif olunub.

"Koreya Quru Qoşunlarının Xidmətdə Fərqlənmə Medalı"nı hərbi qulluqçumuza Cənubi Koreya Respublikasının milli müdafiə nazirinin vəzifələrini icra edən cənab Kim Seon-ho təqdim edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью