525 ci qəzet Azərbaycan Somali ilə enerji tərəfdaşlığını müzakirə edib

27.02.2025

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan və Somali arasında ikitərəfli iqtisadi əlaqələrin təşviqi və enerji sahəsində potensial tərəfdaşlıq imkanları müzakirə olunub.

525.az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bu müzakirələr iqtisadiyyat nazirinin müavini Anar Axundov Somalinin neft və mineral sərvətlər naziri Dahir Shire Mohamed ilə görüşündə aparılıb.

Tərəflər iki ölkə arasında qarşılıqlı faydalı iqtisadi əlaqələrin inkişafına dəstək məqsədilə təmasların davam etdirilməsinin, eləcə də qarşılıqlı maraq doğuran sahələrdə təcrübə mübadiləsinin həyata keçirilməsinin məqsədəuyğunluğunu vurğulayıblar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью