525 ci qəzet Azərbaycan və Özbəkistan arasında ticarət dövriyyəsi ötən il 41 % artıb

26.02.2025

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ötən il Azərbaycan və Özbəkistan arasında ticarət dövriyyəsinin həcmi 252 milyon 57,46 min ABŞ dolları təşkil edib ki, bu da 2023-cü ilin göstəricisindən 41 % çoxdur.

525.az Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir ki, Özbəkistandan Azərbaycana ixracın dəyəri 211,716 milyon ABŞ dollarına (+1,6 dəfə), Azərbaycandan Özbəkistana idxalın dəyəri isə 40,34 milyon ABŞ dollarına (-14,4 %) bərabər olub.

Özbəkistan mallarının Azərbaycana ixrac strukturunda aparıcı məhsullar aşağıdakılardan ibarət olub: digər çəkməli tütün (tərkibində tütün əvəzediciləri olan və ya olmayan) – 20,5 milyon ABŞ dolları dəyərində 686,39 ton; saflaşdırılmış misdən digər məftillər – 19,7 milyon ABŞ dolları dəyərində 2 min 67,62 ton; minik avtomobilləri üçün kuzovlar – 19,3 milyon ABŞ dolları dəyərində 3 min 723 ədəd; yerüstü nəqliyyat vasitələri üçün qığılcımla alışan daxili yanma mühərrikləri (silindrinin işçi həcmi 1000 kubsantimetrdən çox olan) – 14,3 milyon ABŞ dolları dəyərində 3 min 681 ədəd və s.

Azərbaycandan Özbəkistana əsasən 13,3 milyon ABŞ dolları dəyərində 15 min 899,89 ton ağ şəkər və kimyəvi tərkibinə görə təmiz saxaroza; 8 milyon ABŞ dolları dəyərində 2 min 728 ton işlənməmiş alüminium ərintiləri; 2,2 milyon ABŞ dolları dəyərində 2 min 389,54 ton alma; 1,26 milyon ABŞ dolları dəyərində 536,9 ton qabıqlı fındıq; 1,07 milyon ABŞ dolları dəyərində 502,3 ton susuz mühitdə həll edilmiş boyalar və laklar idxal edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью