Icma.az bildirir, 525.az portalına istinadən. Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə “İnnab” Peşəkar Təlim Platforması arası
AzMİU-dan 525.az-a bildirilib ki, memorandumun imzalanmasının əsas məqsədi səriştəli və rəqabətədavamlı mütəxəssislərin hazırlanmasına töhfə
Bununla əlaqədar olaraq AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova və “İnnab” Peşəkar Təlim Platformasının direktoru Rauf Hacıyev arasın
Görüşdə rektor Gülçöhrə Məmmədova bildirib ki, AzMİU-nun informasiya texnologiyaları infrastrukturunun imkanları daim gücləndirilir.
“AzMİU-da Mexanika və informasiya texnologiyaları fakültəsində müasir ixtisaslar üzərində tədris prosesi qurulub.
Biz rəqəmsal transformasiyanın təhsilə təsirini yaxından izləyir, elektron universitet və elektron tədris sahəsində önəmli nailiyyətlər qazanırıq.
Bu istiqamətdə universitetin ixtisaslı kadr potensialının daha da gücləndirilməsi üçün innovativ tədbirlər həyata keçirilir və aparıcı müəssisələrlə əməkdaşlığa önəm veririk”.
“İnnab” Peşəkar Təlim Platformasının direktoru Rauf Hacıyev qurumun fəaliyyət istiqamətlərindən bəhs edərək bildirib ki, memoranduma əsasən tələbələrə və akademik heyətə peşəkar iş imkanlarını artırmaq məqsədilə innovativ təlim proqramları təklif ediləcək: “Təqdimat bacarıqları, yumşaq bacarıqlar (soft skills), liderlik və innovasiya kimi praktiki biliklər üzrə təlimlər universitet tələbələrinin əmək bazarına hazırlığını gücləndirəcək”.