525 ci qəzet Bakı Fond Birjası nın dövriyyəsi 5 dəfəyə yaxın artıb

05.02.2025

Icma.az, 525.az portalına istinadən məlumat verir.

Bu ilin yanvar ayında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 10 milyard 309,119 milyon manat təşkil edib.

525.az BFB-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,55 dəfə çoxdur.

Son 1 ildə bağlanmış əqdlərin sayı isə 3,4 dəfə artaraq 3 189 olub.

BFB-nin dövriyyəsinin 95,7 %-i və yaxud 9 milyard 868,02 milyon manatı repo əməliyyatlarının payına düşüb. Bu, illik müqayisədə 6,15 dəfə çoxdur.

Hesabat dövründə dövlət qiymətli kağızları üzrə əqdlərin dəyəri 87 % azalaraq 65,881 milyon manat, korporativ qiymətli kağızlar üzrə əqdlərin dəyəri isə 2,4 dəfə artaraq 375,217 milyon manat olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью