Icma.az, 525.az portalına istinadən məlumat verir.
Bakı Ali Neft Məktəbinin (BANM) müəllimləri mübadilə proqramı çərçivəsində Bolqarıstanın Angel Kançev adına Ruse Universitetinə ezam ediləcəklər.
Bu barədə 525.az-a ali məktəbdən məlumat verilib.
Nailə Allahverdiyeva, Aygül Musayeva, Aydın Nəsirzadə və Rəhilə Həsənova 5 gün ərzində tələbələrə mühazirələr təqdim edəcəklər.
BANM müəllimləri öz sahələrindəki müasir bilik və təcrübələri tələbələrlə paylaşacaq.
Sevinc Qarayeva