525 ci qəzet Belarus MSK prezident seçkilərinin nəticələrini təsdiqləyib

03.02.2025

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Belarus Mərkəzi Seçki Komissiyası (MSK) bu il yanvarın 26-da keçirilən prezident seçkilərinin nəticələrini yekunlaşdırıb.

525.az “Report” a istinadən xəbər verir ki, bununla əlaqədar MSK-nın iclası keçirilib.

"MSK-ya səsvermənin nəticələrinə dair protokollar təqdim edilib. Bunların əsasında ölkə üzrə seçkilərin nəticələri müəyyən edilib", - MSK sədri İqor Karpenko bildirib.

Komissiyanın iclasının nəticələrinə görə, Belarus Prezidenti vəzifəsinə Aleksandr Lukaşenko seçilib. Onun namizədliyinə 5 136 293 seçici səs verib. Bu da səsvermədə iştirak edən vətəndaşların 86,82 %-ni və ya yarısından çoxunu təşkil edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью