525 ci qəzet Birinci Aİ Mərkəzi Asiya sammitində müzakirə ediləcək mövzular açıqlanıb

20.02.2025

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Avropa İttifaqı Şurasının sədri Antonio Kosta və Avropa Komissiyasının sədri Ursula fon der Leyen 3-4 aprel tarixlərində Özbəkistanda səfərdə olacaqlar.

525.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Səfər zamanı onlar ilk Aİ-Mərkəzi Asiya sammitində iştirak edəcəklər. Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistan liderlərinin iştirakı ilə keçiriləcək sammitə Özbəkistan prezidenti Şavkat Mirziyoyev sədrlik edəcək.

Sammit zamanı Aİ-nin həm region daxilində, həm də Aİ ilə nəqliyyat və rəqəmsal əlaqə, strateji xammal, iqtisadiyyat və təhlükəsizlik, təmiz və səmərəli enerji mənbələrinə keçid daxil olmaqla, qarşılıqlı maraq doğuran sahələrdə genişləndirilmiş əməkdaşlığa sadiqliyini bir daha təsdiqləməsi gözlənilir.

Pərvanə Sultanova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью