Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Braziliyada avtobus və yük maşınının toqquşması nəticəsində 12 tələbə həyatını itirib, 19 nəfər yaralanıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, San-Pauludan hərəkət edən avtobus Valdir Canevari şossesində yük maşını ilə toqquşub.
Qəza nəticəsində 12 tələbə dünyasını dəyişib, 19 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
San-Paulu qubernatoru Tarcisio de Freitas sosial media hesabında hadisə ilə bağlı başsağlığı verərək: "12 universitet tələbəsinin dəhşətli qəzada həyatını itirdiyini böyük kədərlə öyrəndim" , - ifadəsini işlədib.
Malik Atilay Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.