525 ci qəzet Brüsseldə atışma baş verib, bir neçə metrostansiya bağlanıb

05.02.2025

Icma.az, 525.az portalına istinadən məlumat verir.

Brüsseldə fevralın 5-də mərkəzi Klemonso stansiyasında baş verən atışmadan sonra bir neçə metro stansiyası bağlanıb.

525.az “Report” a istinadən xəbər verir ki, bu barədə “Reuters” Belçika prokurorluğuna istinadən məlumat verib.

Agentliyin məlumatına görə, şübhəlilər atışmadan sonra metro tunellərinə qaçıblar. Xəsarət alan olmayıb.

Polis hadisənin narkotiklərlə bağlı ola biləcəyi versiyasını araşdırır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью