525 ci qəzet Cəbrayıl şəhərində kulinariya tədbiri keçirilib FOTOLAR

24.01.2025

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı ərəfəsində Cəbrayıl şəhərində milli mətbəx nümunələrimizi tərənnüm edən "Ənənələrə Qayıdış" adlı kulinariya tədbiri keçirilib.

525.az-a Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətindən verilən məlumata görə, tədbirdə peşəkar aşpazlar və 3 rayonu təmsil edən sakinlərdən ibarət komandalar Azərbaycanın milli mətbəxinin şahı sayılan plov bişiriblər.

Tanınmış kulinar, əməkdar mədəniyyət işçisi Tahir Əmiraslanovun rəhbərliyi altında komandalar Cəbrayıl mətbəxindən “Səbzi plov”, Qubadlı mətbəxindən “Qəlyə plov”, Zəngilan mətbəxindən isə “Maşlı plov” hazırlayıb.

Tədbirin sonunda komandaların hazırladığı mətbəx nümunələri qiymətləndirilmiş və komandalara müxtəlif nominasiyalarda simvolik hədiyyələr təqdim ediliv. Ardınca plovlar Cəbrayılda yaşayan sakinlərə və qonaqlara paylanılıb.

Eyni zamanda, tədbir çərçivəsində Cəbrayıl şəhəri və Cocuq Mərcanlı kəndindən olan uşaqlara Şaxta Baba və Qar qız Yeni il hədiyyələri təqdim edib.

Cəbrayıl şəhərində kulinariya tədbiri keçirilib - FOTOLAR

Cəbrayıl şəhərində kulinariya tədbiri keçirilib - FOTOLAR

Cəbrayıl şəhərində kulinariya tədbiri keçirilib - FOTOLAR

Cəbrayıl şəhərində kulinariya tədbiri keçirilib - FOTOLAR

Cəbrayıl şəhərində kulinariya tədbiri keçirilib - FOTOLAR

Şəkil sayı: 5

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью