Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.
Xunan əyalətində, Yuanşay çayında 2 kiçik gəminin toqquşması faciə ilə nəticələnib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, qəza zamanı 2 nəfər həlak olub, 14 nəfər isə itkin düşüb.
Hadisə dünən baş verib. Neft tullantıları yığan gəmi sərnişin daşıyan katerə çırpılıb. 19 sərnişinin olduğu kater aşıb. Bir neçə nəfər xilas olsa da, 3 nəfər həyatını itirib, qalanları itkin düşüb. Onların axtarışlarına başlanılıb.
Qeyd edək ki, qəzanın səbəbkarı olan gəminin heyəti saxlanılıb.
L.Tağıyeva