525 ci qəzet Dünya çempionunun evini qarət etdilər

18.02.2025

Icma.az, 525.az portalına istinadən məlumat verir.

"Los-Anceles"in futbolçusu, Fransa millisinin üzvü Olivye Jirunun evi qarət olunub.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, oğrular Jirunun Los-Ancelesdəki mənzilindən 500 min dollarlıq pul, qızıl-zinət və digər dəyərli əşyalar aparıblar.

Oğurluğu ilk aşkar edən evin xanımı qiymətli əşyaların arasında 10-dan çox qol saatının olduğu barədə polisə məlumat verib.

Polis isə oğurluq faktını təsdiq etsə də, oğruların hələ tutulmadığını bildirib.

Qeyd edək ki, Olivye Jiru 2011-ci ildən Fransa millisinin üzvüdür. O, 2018-ci ildə Rusiyada keçirilmiş mundialda Fransa millisinin heyətində dünya çempionu adını qazanıb.

L.Tağıyeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью