525 ci qəzet Emin Əmrullayev Zərdabda vətəndaşları qəbul edib

31.01.2025

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Elm və təhsil naziri Emin Əmrullayev Zərdab şəhərində vətəndaş qəbulu keçirib.

Bu barədə 525.az-a nazirlikdən məlumat verilib.

Qəbulda Zərdab, Ucar, Yevlax, Mingəçevir, Ağdaş, Göyçay və Kürdəmir sakinləri iştirak ediblər.

Vətəndaşlar işlə təmin olunma, iş yerinin dəyişdirilməsi, həmçinin digər məsələlərlə bağlı müraciətlər ediblər.

Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları dinləyib, müraciətlərin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью