525 ci qəzet Eyni məkan, eyni faciə

21.01.2025

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Hindistanda meşəyə odun yığmağa gedən fermer pələngin qurbanı olub.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə həftə sonu Uttar-Pradeş ştatında, Katarniaqhat qoruğunun Sucali meşə massivində baş verib.

Yaxınları 55 yaşlı Şivdhar Çauhanın qayıtmadığını görüb onun axtarışına çıxıblar. Fermerin cəsədi meşəlik ərazidən tapılıb. Pələng onun başı və yuxarı ətraflarından başqa hər yerini parçalayaraq yeyib.

Meşə departamentinin yetkilisi vəziyyətin nəzarətdə olduğunu desə də, kənd sakinləri onunla razılaşmayaraq, pələng hücumlarına qarşı əlavə tədbirlərin görülməsini tələb ediblər.

Qeyd edək ki, bu, hadisə baş verən ərazidə artıq neçənci faciədir.

Yeri gəlmişkən, hökümət mərhum fermerin yaxınlarına 5 min rupi (təxmini 98 manat) kompensasiya ödəyib.

L.Tağıyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью