525 ci qəzet Fədakar tədqiqatçı | Icma.az
525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Həyatını Azərbaycan elminə fəda etmiş ziyalılarımızdan biri olan Kamandar Şərifov ömrünün 55 ildən çoxunu AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnsti­tu­tuna həsr etmişdir.
Kamandar Kazım oğlu Şərifov 1940-cı il yanvarın 20-də Qərbi Azər­bay­ca­nın Ləmbəli kəndində anadan olmuşdur.
1963-1968-ci illərdə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb filolo­gi­ya­sı şöbəsində, 1966-1967-ci il­lər­də Qahirə Uni­ver­si­te­tinin filologiya fakül­tə­sin­də təhsil almışdır.
1968-1970-ci illərdə Misir Ərəb Respublikasında, 1976-1980-ci il­lər­də İraq­da, 1988-1990-cı illərdə isə Yəməndə çalışmışdır.
1971-ci ildən bu günədək Əlyazmalar İns­ti­tu­tunda kiçik elmi işçi, baş elmi iş­çi, elmi katib və şöbə mü­di­ri vəzifələrində işləyib.
Hal-hazırda Ərəb­dil­li əlyazmaların təd­­qiqi şö­bəsinə rəhbərlik edir.
K.Şərifovun elmi fəaliyyətinin ilk dövrlərində, 1971-1980-ci il­lər­də evlərdə saxlanan minlərlə əl­yaz­ma kitablarının, orta əsr ya­zılı abidələrinin rеs­pub­likamızın müxtəlif bölgələrindən toplanmasında, Əlyazmalar İnstitutunun yazılı abidələr fondunun zən­gin­ləşdirilməsində böyük xid­mətləri olmuşdur.
Tam oxu
Xəbəri oxu