525 ci qəzet Finlandiya Ukraynaya 198 milyon avroluq hərbi yardım göstərəcək

31.01.2025

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Finlandiya Prezidenti Aleksandr Stubb Ukraynaya 198 milyon avro dəyərində 27-ci hərbi yardım paketinin verilməsi barədə sərəncam imzalayıb.

525.az “Report” a istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

"Yardımın təhlükəsiz çatdırılmasını təmin etmək məqsədilə Müdafiə Nazirliyi onun dəqiq tərkibi, göstərilmə üsulu və ya qrafiki barədə təfərrüatları açıqlamır", - nazirliyin məlumatında deyilir.

Finlandiyanın Ukraynaya tədarük etdiyi hərbi texnikanın ümumi dəyəri 2,5 milyard avro təşkil edir.

Müdafiə Nazirliyinin məlumatına görə, yardım həm Ukraynanın ehtiyacları, həm də Müdafiə Qüvvələrinin resurs vəziyyəti nəzərə alınmaqla göstərilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью