525 ci qəzet Fransa müstəmləkəçiliyində olan xalqlar əzab əziyyət çəkirlər Tural Gəncəliye…
525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir. "Bir neçə əsrdir ki, Fransa öz müstəmləkəçilik siyasətini qoruyub saxlayıb.
Fransa müstəmləkəçiliyində olan xalqlar əzab-əziyyət çəkirlər.
Təəssüflər olsun ki, Fransa müstəmləkə altında saxladığı ərazilərdə öz təzyiqini və siyasi təsirini saxlamaqda davam edir".
525.az xəbər verir ki, bunu Milli Məclisdə yaradılmış Korsika Xalqına Dəstək Qrupunun üzvü Tural Gəncəliyev parlamentdə Fransa müstəmləkəsində olan ərazilərdəki nümayəndələrlə görüşdə bildirib.
O qeyd edib: “Birinci növbədə Fransanın yaratdığı yalançı nağıllara qarşı mübarizə aparmalıyıq.
Fransa bəzən müstəmləkəçiliyi sivilizasiya missiyası kimi təqdim edir.
Halbuki həmin torpaqlarda yaşayan xalqlar artıq sivil vətəndaşlardır və onlara xarici müdaxilə lazım deyil.
Buna görə də, Fransa orada hansısa sivilizasiya fəaliyyəti apardığını iddia edə bilməz.
Tam oxu
Xəbəri oxu