525 ci qəzet Fransada Makronu ələ saldılar “Biabırçılıq”

24.02.2025

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ prezidenti Donald Trampın fransalı həmkarı Emmanuel Makronu Ağ Evin girişində qarşılamaqdan imtina etməsi alçaldılmadır.

525.az xəbər verir ki, bu barədə “Qalx, Fransa” partiyasının lideri Nikolya Dyupon-Enyan “Х” sosial şəbəkəsində yazıb.

“Uzun illər qulluqdan sonra bu cür biabırçılıq”, - deyə siyasətçi qeyd edib.

Dyupon-Enyanın sözlərinə görə, Fransa müstəqil siyasətdən əl çəkib “özünü düşünməyi dayandırdıqda” vəziyyət məhz belə başa çatır.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp Ukraynaya dəstək məsələsinin müzakirə etmək üçün Ağ Evə gələn Fransanın dövlət başçısı Emmanuel Makronu qapıda qarşılamayıb.

İbrahim Cəfərov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью