Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İstismar müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla yanvarın 17-də Goran Təlim Mərkəzində məhvi prosesi davam etdirilir.
525.az-a bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Nazirlik əhalini partlayış səsləri ilə əlaqədar təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırır.
Qeyd edək ki, yanvarın 15-16-da da istismar müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatlarının Goran Təlim Mərkəzində məhvi prosesi həyata keçirilib.