525 ci qəzet Hindistanda naməlum heyvan insanlara hücum edir | Icma.az
525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir. Pəncab ştatında naməlum heyvan 3 kişiyə hücum edib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, hər 3 hücum Bsixian kəndi yaxınlığında baş verib.
Qaranlıqda insanlara saldıran heyvanın hər 3 şikarı sağ qalsa da, onlar ciddi xəsarətlə xəstəxanaya yerləşdiriliblər.
Məsələn, həkimlər hücuma məruz qalan 58 yaşlı Caqdip Sinqxə 50 tikiş qoyublar.
Yerli hakimiyyət orqanları əhaliyə ehtiyatlı olmağı, qaranlıq vaxtı çölə çıxmamağı məsləhət görməklə yanaşı, naməlum heyvanın tutulması istiqamətində müəyyən işlər görməyə başlayıb.
Qeyd edək ki, davranışına görə insanlara hücum edən heyvanın leopard olması ehtimal edilir.
L.Tağıyeva Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu