525 ci qəzet İlanı tozsoranla zərərsizləşdirdi

10.02.2025

Icma.az, 525.az saytına istinadən bildirir.

Evinin vanna otağında ilan aşkar edən qadın onu tozsoranla zərərsizləşdirib.

525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə Moskvada baş verib.

Vanna otağında zəhərli ilanla rastlaşan ev sahibəsi özünü itirməyib və tozsoranla sürünənu sovuraraq kisəyə sala bilib. Bundan sonra xilasediciləri köməyə çağırıb. İlanın vanna otağına necə düşdüyü məlum deyil.

Qeyd edək ki, bənzər hadisə 1 həftə əvvəl Moskvanın  digər bölgəsində yaşanıb. 

Yaşayış evinin girişində peyda olan ilan sakinlərə hücum edib. Vaxtında çağırılan xilasedicilər ilanı tutaraq aidiyyatı üzrə təhvil veriblər.

L.Tağıyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью