525 ci qəzet İran prezidenti Moskvaya rəsmi səfərə gəlib

17.01.2025

525.az saytına istinadən Icma.az xəbər verir.

İran prezidenti Məsud Pezeşkian Moskvaya rəsmi səfərə gəlib.

525.az xəbər verir ki, onun təyyarəsi paytaxtın Vnukovo-2 hava limanına enib.

Gün ərzində Vladimir Putin və Məsud Pezeşkian arasında görüşün keçirilməsi nəzərdə tutulub. Tərəflər Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi imzalamaq niyyətindədirlər.

İranın xarici işlər naziri Abbas Arakçi qeyd edib ki, Rusiya ilə yeni strateji saziş iki dövlət arasında əməkdaşlığın bütün aspektlərini əhatə edəcək.

İbrahim Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью