Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Kəpəz" heyətini yeni futbolçu ilə gücləndirib.
525.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Gəncə təmsilçisinin yeni transferi Trent Buhagiardır. Yarımmüdafiəçi ilə 6 ay + 1 il müddətində müqavilə imzalanıb.
Əslən Avstraliyadan olan Buhagiar Malta yığmasının üzvüdür. Trent tarixi vətənində bir sıra klubların heyətində çıxış edib. 26 yaşlı futbolçunun son klubu İtaliya B Seriyasından "Breşiya" olub.
Qeyd edək ki, Trent Buhagiar bu mövsüm 2 oyuna çıxıb.
Xatırladaq ki, daha öncə "Kəpəz" Rati Ardazişvili, Şervoni Mabatşoevi heyətinə qatıb.