525 ci qəzet KİV: Aİ nin Rusiyaya qarşı sanksiyalar siyahısına 48 fiziki və 35 hüquqi şəxs daxil ediləcək

19.02.2025

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı 16-cı sanksiyalar siyahısına 48 fiziki və 35 hüquqi şəxs daxil ediləcək.

525.az “Report” a istinadən xəbər verir ki, bu barədə “Reuters” agentliyi avropalı diplomatlara istinadən məlumat yayıb.

Bildirilib ki, hüquqi şəxslərə qarşı sanksiyalar onların Aİ-dəki aktivlərinin dondurulmasını, fiziki şəxslərin isə ittifaq ölkələrinə girişinin qadağan edilməsini nəzərdə tutur.

Qeyd edək ki, bu gün Aİ üzvü olan 27 ölkənin səfirləri Rusiyaya qarşı 16-cı sanksiya paketini təsdiqləyiblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью