Icma.az, 525.az saytına istinadən bildirir. "Google" işçi qəbulunda müxtəliflik, bərabərlik və inklüzivlik (DEI) siyasətindən imtina edən nö
Bu barədə 525.az “Report” a istinadən xəbər verir. Bundan başqa, texnologiya nəhəngi bu sahədə digər təşəbbüslərini də nəzərdən keçirir.
"Biz bütün əməkdaşlarımızın uğur qazana və bərabər imkanlara malik ola biləcəyi iş yeri yaratmağa çalışırıq", - “Google”ın nümayəndəsi bildirib.
2021-2024-cü illər ərzində şirkət hesabatlarında DEI prinsiplərini öz işinin ayrılmaz hissəsinə çevirmək niyyətində olduğunu bəyan edib.
Lakin ötən gün dərc edilən son hesabatda bu ifadə öz əksini tapmayıb.
“Google” müxtəliflik siyasətinə münasibətdə kursunu dəyişən növbəti böyük korporasiya olub.
Daha əvvəl “Meta”, “Amazon”, “Pepsi”, “McDonald's”, “Walmart” və digər şirkətlər öz DEI proqramlarını dayandırıblar.
ABŞ Prezidenti Donald Tramp və onun tərəfdarları DEI siyasətini müntəzəm olaraq tənqid ediblər.