525 ci qəzet KİV: Ukrayna NATO ölkələrinin ehtiyatda olan zabitlər konfederasiyasına qoşulub

30.01.2025

Icma.az, 525.az portalına istinadən məlumat verir.

Ukrayna NATO ölkələrinin ehtiyatda olan zabitlərinin Birləşmiş Konfederasiyasının (CIOR) üzvü olub.

525.az “Report”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyindəki mənbələr məlumat yayıb.

Məlumata görə, Ukraynanın üzvlüyünün lehinə NATO ölkələrinin ehtiyatda olan zabitlər assosiasiyalarının rəhbərləri səs veriblər. Ukrayna CIOR-a Ukrayna ehtiyatda olan zabitlər və veteranlar assosiasiyası vasitəsilə qoşulub.

Nəşr vurğulayır ki, qoşulma prosesini müdafiə nazirinin müavini, ədliyyə briqada generalı Sergey Melnik dəstəkləyib və əlaqələndirib.

Qeyd edək ki, CIOR 1948-ci ildə - NATO-nun yaradılmasından bir il əvvəl təsis edilib. NATO-nun tərəfdaşları arasında yalnız Ukrayna, İsveçrə və Avstriya Birləşmiş Konfederasiyanın üzvləridir. Qoşulma barədə rəsmi şəkildə yanvarın 31-də elan ediləcəyi gözlənilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью