525 ci qəzet Komandanın 2 futzalçısı eyni gündə vəfat etdi

18.02.2025

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Rusiyada 1 komandanın 2 futzalçısı eyni vaxtda vəfat edib.

525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə şənbə günü Sverdlovsk vilayətində, Verxnaya Pışma şəhərində baş verib.

"POZ Proqress" futzal komandasının 2 üzvü - 32 yaşlı Yan Juravlev və 33 yaşlı  Danil Xilobok məşqdən sonra özlərini narahat hiss etməsələr də, gecə yuxuda ikən keçiniblər. Həkimlər ilkin olaraq hər iki futzalçının ölümünə ürək dayanmasının səbəb olduğunu göstəriblər. 

Qeyd edək ki, hər iki idmançı evli idi. Onların ölümünün əsl səbəbi pataloq-anatomların rəyindən sonra bilinəcək.

L.Tağıyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью