525 ci qəzet Konqoda 600 üsyançı təslim oldu

22.01.2025

525.az saytına istinadən Icma.az xəbər verir.

Konqo Demokratik Respublikasının (DRC) İturi əyalətində fəaliyyət göstərən Zaire Özünümüdafiə Qrupunun təxminən 600 üzvü mərasim zamanı silahlarını təhvil verib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, mərasim İturi əyalətinin Mabanqa kəndində təşkil olunub.

Mərasim zamanı 600 üsyançı silah və sursatlarını hakimiyyət nümayəndələrinə təslim edib.

Birləşmiş Millətlər Təşkilatının (BMT) məlumatına görə, təxminən 24 trilyon dollarlıq yeraltı sərvət ehtiyatlarına malik olan DRC-də gümüş, mis, kobalt, qızıl, koltan və almaz kimi qiymətli metalların yalnız bir qismi istismar olunur.

Qeyd edək ki, DRC hökuməti son 20 ildir qızıl və digər qiymətli metallara nəzarət ələ keçirməyə çalışan silahlı qruplarla mübarizə aparır.

Malik Atilay

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью