525 ci qəzet La Liqada ən yaxşı məşqçi seçildi

27.01.2025

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İspaniya La Liqasında yanvarın ən yaxşı baş məşqçisi bəlli olub.

QOL.az xəbər verir ki, bu barədə turnirin rəsmi saytı məlumat yayıb.

"Xetafe"nin çalışdırıcısı Xose Bordalas ən yaxşı adına layiq görülüb. Komanda onun rəhbərliyi altında bu ay iki səfər qələbəsi qazanıb və bir heç-heçə edib..

Bordalas səsvermədə Karlo Ançelotti ("Real") və Borxa Ximenesi ("Leqanes") qabaqlayıb

Qeyd edək ki, "Xetafe" hazırda La Liqada 23 xalla 14-cü sırada qərarlaşıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью