Icma.az, 525.az portalına istinadən məlumat verir.
Belarus prezidenti Aleksandr Lukaşenko 15 məhbusu əfv edib.
525.az Belarus mətbuatına istinadən xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
Əfv olunanlardan 3 kişi və 5 qadın ekstremist cinayətlərə görə həbs olunmuşdular. Qalan 7 nəfər narkotik maddələrin qanunsuz dövriyyəsinə görə cəza çəkirdi. Onlardan 6-ı cinayət törətdikləri zaman həddi-buluğa çatmamışdılar.
Qeyd edək ki, Belarus prezidenti ötən ilin dekabrında ekstremist hərəkətlərə görə həbs olunmuş 20 məhbusu da bağışlamışdı.
L.Tağıyeva