525 ci qəzet “Məni unudublar, sanki heç yox imişəm!” | Icma.az
525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Tanınmış aktrisa, Xalq artisti Fatma Mahmudova yanvarın 29-da insult keçirib və xəstəxanaya yerləşdirilib.
Ötən il də insult keçirən və uzunmüddətli müalicələrdən sonra səhhəti yaxşılaşan aktrisa hazırda müalicəsini evində davam etdirir.
Onu əsas narahat edən isə ömrünü həsr etdiyi incəsənət mühitindən gördüyü laqeydlikdir.
“525-ci qəzet”ə açıqlama verən aktrisanın vəziyyətinin heç də yaxşı olmadığı, çətinliklə danışdığı, eləcə də küskünlüyü hiss olunurdu: “Özəl xəstəxanada qalmağa maddi gücüm yoxdur.
Ona görə də evə çıxmalı oldum. Elə indi də mənə sistem köçürülür. Tibb bacısı yanımdadır, gecə-gündüz qayğıma qalır, iynə-dərmanımı edir.
Ayaqlarım işləmir, yataq şəraitində qalmışam. Bu müddət ərzində Musiqili Teatrın direktoru Əliqismət Lalayevi mən yenidən kəşf etdim.
O, çox mərd, qayğıkeş, sənətə, sənətkara qiymət verən insan imiş. Mən insult keçirəndə xəbər tutub məndən öncə çatmışdı xəstəxanaya.
Tam oxu
Xəbəri oxu