525 ci qəzet Mətbuat Şurasında bələdiyyə seçkiləri ilə bağl “qaynar xətt” fəaliyyət göstərəcək

28.01.2025

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Yanvarın 29-da ölkəmizdə keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı Mətbuat Şurasında “qaynar xətt” fəaliyyət göstərəcək. Şuranın (012) 441 35 96 şəhər, (050) 242 09 91 və (055) 789 85 03 mobil nömrələri səsvemə başlayan andan bitənədək bu rejimdə işləyəcək.

525.az xəbər verir ki, jurnalistlər qeyd edilmiş nömrələrlə əlaqə saxlayaraq, prosesin işıqlandırılması zamanı mümkün anlaşılmazlıqlar və problemlər barədə məlumat vermək imkanı əldə edə biləcəklər.

Qeyd edək ki, Mətbuat Şurası jurnalistlərin seçkilərin işıqlandırılması ilə bağlı sərbəst fəaliyyətlərinə dəstək məqsədilə müvafiq instansiyalarla əlaqəli şəkildə işləyəcək. 
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью