525 ci qəzet Milli Kitabxanada ənənəvi kitab sərgiləri açılıb

28.01.2025

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Milli Kitabxanada şair Adil Babayevin anadan olmasının 100 illiyi münasibətilə “Şair Adil Babayev–100” və yazıçı-dramaturq Xeyrəddin Qocanın 75 illik yubileyi münasibətilə “Yazıçı-dramaturq Xeyrəddin Qoca” adlı ənənəvi kitab sərgiləri istifadəçilərə təqdim olunub.

525.az-a Kitabxanadan bildirilib ki, sərgidə şair Adil Babayevin əsərləri, tərcümələri, həyat və yaradıcılığı haqqında ədəbiyyatlar, sözlərinə bəstələnmiş musiqi notları, yazıçı-dramaturq, tənqidçi Xeyrəddin Qocanın əsərləri, həyat və yaradıcılığı, ictimai fəaliyyəti haqqında kitablar nümayiş olunur.

Sərgi bir həftə davam edəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью