525 ci qəzet Naxçıvanda yeni nəsil kassa aparatları ilə dövriyyə 13 % dən çox artıb | Icma…
525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bu ilin yanvar ayında Naxçıvan Muxtar Respublikasında yeni nəsil nəzarət-kassa aparatlar (NKA) vasitəsilə qeydə alınan dövriyyə 32,4 milyon manat olub.
525.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,3 % çoxdur.
Bundan başqa, ay ərzində Naxçıvanda "ƏDV geri al" layihəsi çərçivəsində istehlakçılara 145,9 min manat vəsait qaytarılıb ki, bu da 1 il əvvələ nisbətən 11,9 % çoxdur.
İndiyə qədər isə geri qaytarılmış ƏDV-nin ümumi məbləği 2,4 milyon manatı keçib.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu