525 ci qəzet “Neftçi”də yeni məşqçi təyinatı

25.01.2025

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

“Neftçi”nin məşqçilər korpusunda yeni təyinat olub.

525.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Rumıniyalı Boqdan-Kornel Merişanu atletik hazırlıq üzrə məşqçi vəzifəsini yerinə yetirəcək. Mütəxəssis 2022-ci ilin iyunundan 2023-cü ilin iyununadək “Neftçi”nin sabiq baş məşqçisi Laurentsiu Regekampfın köməkçilərindən olub.

Qeyd edək ki, o, “Neftçi”dən başqa, Rumıniyanın “Poltexnika Timişoara” (2012-2016), “Universitatya Krayova” (2021-2022, 2023), Səudiyyə Ərəbistanının “Əl-Vehda” (2018), “Əl-Əhli” (2021), “Əl-Tai” (2023-2024), BƏƏ-nin “Əl-Vəsl” (2019-2021), Tunisin “Esperans” (2024) klublarında və Rumıniyanın U-21 millisində (2016-2018) çalışıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью