525 ci qəzet Nikaraqua sahillərində qayıq aşdı, 5 ölü

06.02.2025

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

Nikaraqua sahillərində miqrantları daşıyan qayığın aşması nəticəsində azı 5 nəfər dünyasını dəyişib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, qəza Nikaraquaya məxsus Korn-İsland adası yaxınlığında baş verib.

Qayıqda ümumilikdə 17 nəfər olub. Onlardan 2-i uşaq olmaqla 5-i dəniz sularında boğulub. 4 nəfər, o cümlədən 3 uşaq itkin düşüb. Onların axtarışları davam etdirilir.

Qalan 8 nəfər xilas ola bilib. Qayıqdakılar Hindistan, Vyetnam, İran və Misir vətəndaşları olublar.

Qeyd edək ki, miqrantları daşıyan qayıq çərşənbə axşamı Kolumbiyaya məxsus San-Andres adasından çıxıb və bu gün Korn-İsland yaxınlığında batıb. Qayığın hara istiqamət götürdüyü barədə məlumat yoxdur.

L.Tağıyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью