525 ci qəzet Ötən il Azərbaycan yollarında 1427 yol nəqliyyat hadisəsi baş verib 764 nəfər ölüb

19.02.2025

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ötən il Azərbaycan yollarında 1427 yol-nəqliyyat hadisəsi baş verib.

525.az-a bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, bu qəzaların 189-u magistral yollarda, 1238-i yaşayış məntəqələrində qeydə alınıb.

Yol qəzalarının 574-ü gündüz vaxtı, 305-i toran vaxtı, 548-i isə gecə vaxtlarında baş verib.

Qəzalarda ümumilikdə 764 nəfər ölüb, 1118 nəfər isə xəsarət alıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью