525 ci qəzet Qarət zamanı özünü yaraladı, ələ keçdi

18.02.2025

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Braziliyada qarətçi geyim mağazasını qarət edən zaman ehtiyatsızlıqdan özünü yaralayıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Belu-Orizonti şəhərində baş verib.

Mağazaya soxulan 3 silahlı "işlərini görüb" oranı tərk edərkən qarətçilərdən biri silahın açılması nəticəsində  ayağından yaralanıb.

Baş verənlər mağazada quraşdırılan kamera vasitəsilə qeydə alınıb. Oğrular mağazanı tərk etsələr də, polis qısa zamanda cinayətkarları aşkarlayıb. Bunun üçün onlara yerli xəstəxanalara güllə yarası ilə daxil olanlarla bağlı sorğu göndərmək kifayət edib.

İlk ələ keçən 21 yaşlı yaralı qarətçi olub. Daha sonra onun "iş yoldaşları" da saxlanılıb.

Qeyd edək ki, mağazadan götürülmüş əşyalar onların birinin evində aşkarlanıb.

L.Tağıyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью