Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rusiyada qatar adı Qırmızı kitaba düşmüş bir sürü Drezden antilopunu vurub.
525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, qəza Zabaykalsk vilayətində, Daursk qoruğunun ərazisində baş verib.
Hadisədən sonra Rusiya Təbii Ehtiyatlar və Ekologiya Nazirliyi və Zabaykalsk Dəmiryol İdarəsi araşdırmaya başlayıb. Məhz araşdırmadan sonra lokomotiv briqadasının qəzada suçu olub-olmadığını bilinəcək.
Qeyd edək ki, Drezden Rusiya ərazisində məskunlaşan 2 antilop növündən biridir. Yaşayış arealı Monqolustan, Çin və Rusiya əraziləri olan Drezden antilopunun nəsli tükənmək üzrədir.
L.Tağıyeva