525 ci qəzet Quşlarla toqquşan təyyarə təcili eniş etdi

07.02.2025

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Havaya qalxdıqdan az sonra 2 qazla toqquşan "Tui" aviaşirkətinə məxsus təyyarə qəza vəziyyəti elan edərək Londondakı "Getvik" hava limanına təcili eniş edib.

525.az Britaniya mətbuatına istinadən xəbər verir ki, toqquşma nəticəsində Kabo-Verdeyə uçan "Boeing 737 Max" təyyarəsinin füzelyajı zədələnib, pilot kabinəsinin şüşələri çatlayıb.

297 km/saat sürətlə təyyarəyə çırpılan quşların qanı süşəyə yayıldığından pilotlar təyyarəni çətinliklə endirə biliblər.

Bundan başqa bəzi elektron sistemlər də sıradan çıxıb.

Qeyd edək ki, qəza nəticəsində sərnişinlərdən xəsarət alan olmayıb. Təyyarə isə istifadəyə yararsız hala düşərək təmirə göndərilib.

L.Tağıyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью